|
Dəyərli dostlarım,

Nəhayət ki, çoxdankı arzum olan İsmayıl Şirvani
haqqında olan internet saytı açıldı. Bu uğuru
sizinlə paylaşmaqdan böyük məmnunluq duyuram.
İlk növbədə İsmayıl Şirvani irsini
araşdıran, 120 illik əqrəba həsrətinə son qoyan
Mehmet Rıhtım Bəyə dərin minnətdarlığımı
bildirirəm. Bu saytda onun yazmış olduğu kitab
istifadə edilmiş və oxumağınız üçün sayta
yerləşdirilmişdir. Bu səhifənin ərsəyə
gəlməsində böyük əməyi olan Rafael qardaşıma da
ayrıca təşəkkürlərimi çatdırıram.
Xüsusilə iki ayrı ölkədə yaşayan əqrəbaların
arasında körpü qurucu olaraq keçən il Bakıya,
Kürdəmirə qədər gəlmiş olan, İsmayıl Şirvani
həzrətlərinin Türkiyədə yaşayan nəvələrindən
olan Deniz Kordemir Xalama da şükranlarımı
bildirmək istəyirəm. Onun 120 illik fasilədən
sonra başlatdığı bu əlaqə zincirləri gün
getdikcə daha da möhkəmlənir və genişlənir. Bu
arada Deniz Xanıma mərhum həyat yoldaşı
İsmet Yaşınel Bəyin
vəfatından bütün ailəcə kədərləndiyimizi bir daha
bildirir və ona başın sağ olsun deyirik.
Əziz qohumlar, İsmayıl Şirvani nəslinin
nümayəndələri, İrsinin araşdırıcıları,
Yeni açılan bu sayt haqqında fikir və
düşüncələriniz bizim üçün çox dəyərlidir. Sizdən
istəyimiz dəyərli təkliflərinizi
info@ismailshirvani.com
elektron poçt ünvanına
göndərməyinizdir.
Bundan başqa İsmayıl Şirvani haqqında hər hansı
yeniliklər, və ya türbə ziyarətləriniz,
şəkilləriniz olarsa saytda dərc etmək üçün
göndərməyinizi xahiş edirəm, özünüz haqqında
xəbərləri də ehmal etməyin.
Dərin hörmətlə...
|